AFFA “Kəpəz”i cərimələdi

AFFA “Kəpəz” klubunu cərimələyib.

Yenicag.az xəbər verir ki, bu barədə qurumun İntizam Komitəsinin iclasında qərar qəbul olunub.

Buna Gəncə klubunun Misli Premyer Liqasının XXII turunda “Araz-Naxçıvan”la matçda 4 futbolçusunun sarı vərəqə ilə cəzalandırılması səbəb olub. Nəticədə klub 700 manat cərimələnib.