AFFA “Kəpəz”in apellyasiya şikayətini təmin etmədi

AFFA-nın Apellyasiya Arbitraj Tribunalı “Kəpəz” klubunun apellyasiya şikayətini təmin etməyib.

Yenicag.az AFFA-nın rəsmi saytına istinadən məlumat verir ki, İntizam Komitəsinin 23 sentyabr 2022-ci il tarixdə “Kəpəz” barəsində qəbul etdiyi 4000 manat məbləğində cərimə cəzası qüvvədə saxlanılıb.

Qeyd edək ki, “Kəpəz” azarkeşlərinə görə ziyana düşüb. Belə ki, fanatlar Qəbələdə “Şamaxı” ilə görüşdə (2:1) hakimlərin ünvanına qeyri-etik və təhqiramiz ifadələr işlətdiyi üçün Gəncə təmsilçisi cərimələnmişdi.