Qurban Qurbanovun millidən ayrılmasından sonra yeni baş məşqçi axtarışlarını davam etdirən AFFA rəhbərliyi İqor Tudorla anlaşıb.
Yenicag.az xəbər verir ki, bu iddia ilə Türkiyə mətbuatı çıxış edib.
İddialara görə, 40 yaşlı çalışdırıcı AFFA-nın təklifinə müsbət yanaşıb.
Qeyd edək ki, xorvatiyalı mütəxəssis karyerası ərzində PAOK, “Hayduk”, “Qalatasaray” və “Udineze” kimi klublarda çalışıb.