Azərbaycanın futbol üzrə U-21 yığma komandası yenidən baş məşqçisiz qalıb.
Yenicag.az xəbər verir ki, Samir Ələkbərov postundan uzaqlaşdırılıb. Buna milli komandamızın sözügedən mütəxəssisin rəhbərliyi altında uğursuz çıxışı səbəb olub. Almaniyaya səfərdə 1:6, doğma meydanda 0:7 hesabıyla uduzan komandamız bu gün Bakıda Kosovo ilə də bacarmadı – 0:0. Əldə etdiyimiz məlumata görə, komandanın biabırçı çıxışı AFFA-nı ciddi tənqidlərlə üz-üzə qoyduğundan, rəhbərlik Ələkbərovla yolları ayırmaq məcburiyyətində qalıb.
Yeni baş məşqçinin kimliyinə yaxın günlərdə aydınlıq gələcək. Həmin şəxs də yerli mütəxəssis olacaq. Hazırda danışıqlar davam edir.