AFFA-nın növbədənkənar Konfransı işə başladı

AFFA-nın növbədənkənar Konfransı işə başlayıb.

Yenicg.az-ın məlumatına görə, iclasın gündəliyində 2 məsələ yer alıb. Toplantı iştirakçıları AFFA-nın Nizamnaməsinə əlavə və dəyişikliklərlə bağlı təkliflərə baxacaq, eləcə də digər məsələləri müzakirə edəcəklər.

Qeyd edək ki, növbədənkənar Konfransın çağırılması barədə qərar AFFA İcraiyyə Komitəsinin 2019-cu il dekabrın 13-də keçirilmiş iclasında qəbul olunub.

COP29