AFFA-nın qazancı açıqlandı: 27 milyon!

Bu gün AFFA-nın növbəti Hesabat Konfransı keçirilir.

Yenicag.az xəbər verir ki, iclas ərəfəsində 2017-ci ildə assosiasiyanın büdcəsinə daxil olan vəsait açıqlanıb.

Belə ki, ötən il AFFA-nın büdcəsinə 27 milyon 608 min 305 manat daxil olub. Bu vəsaitin 8 milyon 234 min 150 manatı SOCAR-dan, 6 milyon 260 min 268 manatı UEFA-dan, 2 milyon 718 min 696 manat isə FİFA-dan gəlib.

Bundan başqa, milli komandanın oyunlarının yayım hüququndan 5 milyon 955 min 600 manat, “Azəridmanservis”dən 5 milyon 538 min 981 manat, “Bakcell” MMC-dən 698 min 416 manat, “Paşa Sığorta”dan 177 min manat, “Bilvar otel”dən 112 min 100 manat, “Coca Cola”dan 94 min 400 manat gəlir əldə olunub. Digər gəlirlərin ümumi məbləği isə 818 min 400 manat təşkil edib.

Xərclərə gəldikdə isə, bu, 21 milyon 573 min 657 manat  təşkil edir. Məbləğin 10 milyon 154 min 918 manatı milli komandalara, 3 milyon 288 min 43 manatı əmək haqqı və ezamiyyə xərclərinə, 2 milyon 340 min 815 manatı uşaq-gənclər futbolu və liqalarına, 1 milyon 445 min 308 manatı hakimlər və hakim-inspektorlar, 490 min 889 manatı təsərrüfat xərclərinə, 1 milyon 83 min 125 manatı oyunların təşkili sərf olunub.

Aviabilet və otel xərclərinə 407 min 534 manat xərclənib. Nəqliyyat xərcləri 565 min 869 manat təşkil edib. Kommunal və rabitə xərcləri 228 min 106 manat, təhsil xərcləri 203 min 34 manat, marketinq və sponsorluq departamentinə 297 min 235 manat, “Cross Culture” layihəsinə 55 min 596 manat, “Elit məşq” layihəsinə 102 min 896 manat, Media Komitəsinə 136 min 161 manat, “Futbol Dərsi” layihəsinə 77 min 396 manat, AVRO-2020-nin Bakıda təşkil olunacaq oyunlarına hazırlıq işlərinə 244 min 439 manat xərclənib. Bundan başqa, digər xərclər 752 min 303 manat olub. Xərclərin bölgüsündə yeni infrastruktur və ona aid vəsait nəzərdə tutulmayıb. Vergilər üzrə ayırma isə 2 milyon 353 min 147 manat təşkil edib.

COP29