AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
Yenicag.az xəbər verir ki, toplantıda Azərbaycan Premyer Liqasının XXVI turunda baş vermiş hüquqi pozuntularla əlaqədar qərarlar qəbul olunub.
“Keşlə” – “Sumqayıt” oyununda hər iki klub 4 futbolçusunun sarı vərəqə almaları səbəbindən 800 manat cərimələnib.
“Sumqayıt”a daha 800 manat cərimə XXVII turun “Neftçi” ilə ev matçında 4 futbolçusuna sarı vərəqə göstərildiyi üçün kəsilib.