AFFA: “Premyer Liqada komanda sayı artırılmayacaq”

Önümüzdəki mövsüm Azərbaycan Premyer Liqasında 10 komanda iştirak edəcək.

Yenicag.az xəbər verir ki, bu gün AFFA-nın İcraiyyə Komitəsinin iclası keçirilib.

İclasdan sonra AFFA prezidenti Rövşən Nəcəf qərar barədə açıqlama verib.

Alınan qərarlara əsasən, Premyer Liqada 2024-2025 mövsümündə komanda sayında heç bir dəyişiklik olmayacaq.

Belədə, “Qəbələ”nin aşağı liqaya düşəcəyi dəqiqləşib./Apasport.az/