AFFA Premyer Liqada komanda sayının artırılmasını müzakirə edəcək

 

Mayın 13-də AFFA-nın inzibati binasında İcraiyyə Komitəsinin növbəti iclası keçiriləcək.

Bu barədə Azərbaycan Futbol Federasiyaları Assosiasiyası məlumat yayıb.

Bildirilib ki, saat 15:00-da başlanacaq toplantının gündəliyinə bir neçə məsələ daxil edilib.

Bunlar AFFA-nın inkişafı strategiyasının müzakirəsi, inkişaf hədəflərinin müəyyən olunması, strategiyanın yazılması, Azərbaycan Premyer Liqasında komanda sayının artırılması və 2024/2025 mövsümündə tətbiq olunacaq legioner limitinin, həmçinin 2024-cü il üçün AFFA büdcəsinin müzakirəsi məsələləridir.

COP29