AFFA qadağa qoydu – “Sözlərinizə diqqət edin”

15731224_1186945114726899_1233025693_nYeniçağ.az-ın əldə etdiyi məlumata görə, AFFA rəhbərliyi tanınmış futbol mütəxəssisləri Vəli Qasımov və Böyükağa Hacıyevə mətbuata hər hansı bir açıqlama verməyi qadağan edib.

İddi edilir ki, Vəli Qasimov Prosineçkiylə bağlı verdiyi açıqlamalardan birində baş məşqçini tənqid edib. Hazırda , AFFA Məşqçilər Komitəsinin üzvü kimi fəaliyyət göstərən Böyükağa Hacıyev də dilinin güdazına gedib. Hər iki mütəxəssisə yerli qurum tərəfindən bildirilib ki, “sözlərinizə diqqət edin, ağzınıza gələni danışmayın”.

Buna görə də həm Böyükağa Hacıyev, həm də Vəli Qasımov bir neçə gündür ki, mətbuatdan qaçır, zənglərə cavab vermir.

 

Aygün İlqarqızı

Yenicag.az