AFFA qalmaqallı oyunla bağlı klubları “cərimə yağışı”na tutdu

AFFA-nın İntizam Komitəsinin iclası keçilib.

Yenicag.az xəbər verir ki, yığıncaqda Azərbaycan Premyer Liqasının XXIV turunda və Azərbaycan kubokunun ilk yarımfinal görüşlərində baş verənlər müzakirə olunaraq müvafiq qərarlar verilib.

Çempionatın “Səbail”lə ev oyununda 4 futbolçusu sarı vərəqə ilə cəzalanan “Keşlə” 800 manat cərimə olunub.

“Zirə” – “Sumqayıt” matçında qonaqların 5 futbolçusu xəbərdarlıq aldığından klub 800 manat ziyana düşüb.

“Keşlə” və “Zirə” arasında kubok görüşündə qonaqlar stadiona gələrkən gecikdiyi üçün 800 manat ziyana düşüb.

COP29