AFFA qalmaqallı oyunla bağlı qərarını açıqladı – Sərt cəzalar

Bu gün keçirilən AFFA İntizam Komitəsinin (İK) iclasında bütün liqaların ötən turunda qeydə alınan neqativ hallar hüquqi qiymətini tapıb.

Yenicag.az xəbər verir ki, Region Liqanın qalmaqallı “Gənclik” – “Füzuli” matçı ilə bağlı sərt qərarlar verilib.

Belə ki, qarşılaşmanın 90+1-ci dəqiqəsində ev sahiblərinin azarkeşləri meydançaya daxil olduqları üçün oyun yarımçıq dayandırılmışdı. Görüş tam başa çatmadığından, “Gənclik” klubuna 0:3 hesablı texniki məğlubiyyət verilib.

Həmin dəqiqədə aqressiv davranışa, hakimə qarşı fiziki təsir göstərdiyinə görə birbaşa qırmızı vərəqə alan “Gənclik”in futbolçusu Amid Zeynalov 10 oyunluq cəzalandırılıb.

Eyni zamanda hakimi təhqir etdiklərinə görə meydandan qovulan ev sahiblərinin oyunçuları Elman İsgəndərov və Fərid Ağabəyli 4 oyunluq diskvalifikasiyaya məruz qalıb.

“Gənclik”ə xəbardarlıq olunub. Bu hal yenidən təkrarlanacağı təqdirdə, klub daha ağır cəza alacaq.

COP29