AFFA İntizam Komitəsi “Qarabağ”ın U-19 komandasının baş məşqçisi Samir Musayevi cəzalandırıb.
Yenicag.az xəbər verir ki, buna səbəb çalışdırıcının Gənclər Liqasının son turunun “Zirə” ilə matçında yol verdiyi hərəkətdir.
Qurumun bu gün açıqladığəı qərarda S.Musayevin həmin qarşılaşmada tribunadan hakimlər briqadasını təhqir etdiyi və buna görə 5 oyunluq diskvalifikasiya olunduğu qeyd edilib.