Bu gün AFFA İcraiyyə Komitəsinin iclası keçirilib.
Yenicag.az xəbər verir ki, keçirilən iclasda “Qarabağ”ın çalışdırıcısı Qurban Qurbanov yığmamızın baş məşqçisi təyin edilib.
Təcrübəli çalışdırıcı bu posta yekdilliklə seçilib. Bu barədə AFFA-nın prezidenti Rövnəq Abdullayev açıqlama verib.
Bundan başqa Abdullayev bildirib ki, Qurban Qurbanov eyni zamanda Ağdam klubundakı vəzifəsini də davam etdirəcək.
AFFA prezidenti Qurban Qurbanovla bağlanılacaq müqavilənin müddətini də açıqlayıb. Onun sözlərinə görə, tərəflər arasında 6 illik sözləşmə imzalanıb.