AFFA rəsmisi Avropa Liqası matçına təyinat aldı

AFFA-nın Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri Könül Mehtiyeva Avropa Liqasının oyununa təyinat alıb.

Yenicag.az xəbər verir ki, milli assosiasiya rəsmisi I təsnifat mərhələsinin “Şaxtyor” (Belarus) – “Hibernians” (Malta) matçında UEFA nümayəndəsi olacaq.

Qeyd edək ki, qarşılaşma iyulun 11-də Soliqorsk şəhərində baş tutacaq./Report/