AFFA rəsmisinə ağır itki

AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr departamentinin rəhbəri, “Kəpəz”in Müşahidə Şurasının üzvü Mikayıl Nərimanoğluna ağır itki üz verib.

Yeniçağ.Az xəbər verir ki, qurum rəsmisinin qardaşı Mübariz Quliyev vəfat edib. Ötən gecə 64 yaşında dünyasını dəyişən mərhum bu gün Binəqədi qəbiristanlığında dəfn ediləcək.

Allah rəhmət eləsin!

Yeniçağ.az