!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

AFFA “Sumqayıt” və “Qəbələ” klublarını cəzalandırdı

!Reklam – Yazi

AFFA İntizam Komitəsi “Sumqayıt” və “Qəbələ” klublarını cəzalandırıb.

Yenicag.az xəbər verir ki, “Sumqayıt” futbolçusu Cəmaləddin Xocaniyazovun “Sabah” komandası ilə ev oyununda “aqressiv hərəkətə” görə birbaşa qırmızı vərəqə alması səbəbindən 3200 manat cərimələnib. Müdafiəçinin özü isə 4 oyunluq diskvalifikasiya olunub. O, yalnız Azərbaycan Kubokunun finalında “Keşlə” ilə qarşılaşmada meydana çıxa biləcək.

“Sumqayıt” daha 800 manat cəriməni 5 oyunçusu sarı vərəqə aldığı üçün ödəyəcək.

“Qəbələ” isə futbolçusu Merab Giqaurinin “Səbail” komandası ilə səfər oyununda ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırılması səbəbindən 200 manat ziyana düşüb. Gürcüstanlı legioner “Zirə” ilə növbəti tur qarşılaşmasını buraxacaq.

www.yenicag.az

553
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv