Türkiyənin 1-ci liqa klublarından olan “Adana Dəmirspor”un yarımmüdafiəçisi Sərcan Kaya Azərbaycan millisindən təklif aldığını deyib. Yeniçağ.az xəbər verir ki, futbolçu bu barədə “fourfourtwo” nəşrinə açıqlayıb: “Məni hardan tapdıqlarını bilmirəm. Anamın atası Azərbaycan əsillidir. Artıq Azərbaycan millisində oynamaqla bağlı təklif almışam və bunu qəbul etməyi düşünürəm. Yaxın vaxtlarda milliyə dəvət edəcəklər”.
Amma AFFA-dan bildirilən xəbərdə Sərcan Kayanı tanımadıqları, ona dəvət göndərmədikləri qeyd edilib.
Qeyd edək ki, Sərcan Kaya karyerası ərzində “Bucaspor”, “Trabzonspor”, “1461 Trabzon” (icarə), “Rizəspor” klublarında çıxış edib.
Yeniçağ.az