AFFA daha bir futbolçunu milliləşdirib.
Yenicag.az xəbər verir ki, söhbət “Trabzonspor”un üzvü Tayyip Ebrar Cumurdan gedir.
Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Məlumata görə, ölkəmizdə anadan olduğu qeyd edilən Cumur artıq Azərbaycan pasportuna da yiyələnib. Trabzon təmsilçisinin əvəzedicilərində çıxış edən Tayyip Ebrarın tezliklə əsas komandaya yüksəlmə potensialına sahib olduğu bildirilir. O, hətta Əl-Sədd”lə yoxlama matçında da ilk dəfə “Trabzonspor”un əsas komandasında debüt edib.
Qeyd edək ki, 1999-cu il təvəllüdlü Tayyib Ebrar Cumur mərkəz yarımmüdafiəçisidir.