AFFA-ya yeni mətbuat katibi təyin edildi

AFFA-ya yeni mətbuat katibi təyin olunub.

Yenicag.az xəbər verir ki, bu vəzifəni tanınmış teleşərhçi Elnur Məmmədli icra edəcək.

O, mətbuatda ilk addımlarını “Futbol+”də atıb. Daha sonra ANS və AzTV-də çalışıb. AFFA-ya gələnə kimi “CBC Sport”da işləyib.

Xatırladaq ki, futbol qurumunun Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin sabiq rəhbəri Firuz Abdulla bu yay “Səbail” klubunun icraçı direktoru təyin olunub./Unikal/