!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Afinada Yunanıstan-Türkiyə gərginliyi: Ərdoğanın səfəri nələri dəyişəcək?

!Reklam – Yazi

Xəbər verildiyi kimi, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Yunanıstana səfər edib. Bununla o, 62 illik fasilədən sonra Yunanıstana səfər edən Türkiyənin ilk dövlət başçısıdır. Bildiyimiz kimi, Ankara ilə Afina arasında uzun illərdir ki, gərgin münasibətlər hökm sürür. Qonşuluğa, hər ikisinin NATO üzvü olmasına baxmayaraq, onlar arasında bəzi məsələlərlə bağlı münasibətlər heç də hamar deyil. Və bu münasibətlər çevrilişə cəhd edən FETO-çu hərbçilərin Yunanıstanda gizlənməsi və Afinanın onları Ankaraya təhvil verməkdən imtina etməsi fonunda daha da kəskinləşib.

Qafqaz Strateji Araşdırmalar Mərkəzinin nümayəndəsi Nazim Cəfərsoy Yenicag.az-a açıqlamasında Ərdoğanın Afinaya olan səfərini yüksək qiymətləndirsə də, iki ölkə arasında müxtəlif məsələlər ətrafında olan gərginliyin aradan qaldırılmasına töhfə verəcəyinə inanmadığını bildirdi:

“Yunanıstanla Türkiyə arasında mövcud olan münasibətlərin bir səfərlə çözüləcəyi inandırıcı deyil. Çünki bu iki ölkə arasında struktual və aktual olan çox böyük və ciddi problemlər var.

Yunanıstanın Türkiyəyə yönəlik pərdə arxasında ifadə edilən ərazi iddiaları var ki, onun da bir hissəsi gedib İstanbul üzərinə çıxır. Başqa bir problem Kipr, Yunanıstanda gizlənən qiyamçı FETÖ hərbçiləri, Afinanın PKK-ya verdiyi dəstək və şərqi Trakiyadakı türklərin vəziyyətilə bağlıdır. Şərqi Trakiyada yaşayan türklər iqtisadi və inzibati idarəetmədə ciddi problemlərlə üz-üzədirlər. Afina razılıq vermədiyindən onlar öz dini rəhbərlərini seçə bilmirlər. İqtisadi baxımdan bu coğrafiya Yunanıstanın ən geridə qalan bölgəsidir. İstanbulda az sayda yunan olsa da, onların kilsələri fəaliyyət göstərir. Amma Afinada illərdən bəri məscid tikilməsi söhbəti aparılsa da, hələlik Yunanıstan buna getmir.

Əslində, Ərdoğanın səfərində məqsəd problemlərin həllini ortaya qoymaq idi. Ərdoğanın yunanıstanlı həmkarı, həm də baş naziri ilə görüşünü izləsəm də, burada mövcud problemlərin həlli istiqamətində hansısa real addımların atıla biləcəyinə dair ip ucu görmədim. Ərdoğan Yunanıstandakı müsəlmanların vəziyyəti barədə məsələ qaldıranda mübahisənin yarandığının şahidi oldum. Yunanıstan tərəfi Ankaranın haqlı tələblərinə müsbət cavab vermədi. Düzdür, iki ölkə arasında həm NATO, həm qonşuluq münasibətləri, həm də Kipr məsələsində müəyyən əməkdaşlıq işartıları var. Amma bu əməkdaşlıq iki ölkə arsında mövcud olan problemlərin həllinə ciddi şəkildə töhfə verəcək şəkildə deyil. Yaxın dövrlərdə onlar arasında münasibətlərin yaxşılaşacağına dair ciddi işartılar da gözləmirəm”.

ELÇİN

www.yenicag.az

1847
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv