Afrika FETÖ-dən təmizlənir: Mərakeşdən Güləni “baltalayan” qərar

Mərakeşin Milli Təhsil Nazirliyi ölkədəki FETÖ-yə məxsus Mehmet Fatih məktəblərinin bağlanması ilə bağlı Daxili İşlər Nazirliyinin qərarının qüvvədə qaldığını açıqlayıb.

Yeniçağ.Az Türkiyə mediasına istinadən xəbər verir ki, Mərakeşin Milli Təhsil Nazirliyinin yaydığı məlumata görə, bağlanan Mehmet Fatih məktəbləri nə satılacaq, nə də başqa adla fəaliyyət göstərəcək.

Xatırladaq ki, Mərakeşin Daxili İşlər Nazirliyi 1993-cü ildə Tanca şəhərində yaradılan, daha sonra Kasablanka, Fəs, Tatvan və Əl-Cədidə şəhərlərində şöbələri açılan Mehmet Fatih məktəblərinin bağlanması haqqında qərar qəbul edib. Daxili İşlər Nazirliyinin bu qərarına qarşı qaldırılmış məhkəmə iddiası isə rədd olunub.

Qeyd edək ki, Türkiyənin strateji tərəfdaşı olan Azərbaycanda FETÖ məktəbləri hələ də fətullahçı məmurların sayəsində qorunub saxlanılır.

Yeniçağ.Az