14811832495595238852_1000x669Afrika İttifaqının mərkəzi qərargahında Azərbaycan brendi olan “ASAN xidmət”in təqdimatı olub. Efiopiyada keçirilən təqdimat Afrika ölkələri ilə sosial innovasiyalar sahəsində gələcək əməkdaşlığın bünövrəsini təşkil edir.

Mərkəzi qərargahı Efiopiyanın paytaxtı Əddis-Əbəbədə yerləşən Afrika İttifaqının növbəti toplantısında İttifaqa üzv olmayan xüsusi qonaq qismində Azərbaycan iştirak edib. Ölkəmiz toplantıda Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin və Azərbaycanın Efiopiyadakı səfirliyinin əməkdaşlarından ibarət nümayəndə heyəti ilə təmsil olunub. Afrika İttifaqına mənsub dövlətlərin hökumət rəsmiləri və ekspertlər qitə ölkələrinin Avropa, Şərqi Asiya və Müstəqil Dövlətlər Birliyi regionu ilə əməkdaşlıq əlaqələrinin şaxələndirilməsi və uğurlu sosial-iqtisadi layihələrin Afrikada tətbiqi kimi məsələləri müzakirə ediblər.

Sonra İttifaqın “İctimai xidmətlər və yerli idarəetmə mexanizmləri” adlı plenar iclasında Azərbaycan brendi olan “ASAN xidmət”in təqdimatı keçirilib. Afrika ölkələri üçün xüsusi hazırlanan təqdimatda xidmətin rəsmisi Elçin Hüseynli çıxış edib. O, “ASAN xidmət” mərkəzinin 5 illik fəaliyyəti barədə danışaraq qeyd edib ki, bu mərkəz dövlət qulluqçularının fəaliyyətində operativliyə, vətəndaş məmnunluğunun təmin edilməsi istiqamətində kreativ yanaşmanın formalaşdırılmasına və məmur-vətəndaş münasibətlərinin keyfiyyətcə yeni müstəviyə keçməsinə xidmət edir. Bildirilib ki, “ASAN xidmət” mərkəzinin qısa zamanda brendə çevrilməsi və uğurları beynəlxalq ictimaiyyətin də diqqətini cəlb edir. Belə ki, mərkəzin müxtəlif dövlətlərin müvafiq qurumları ilə və beynəlxalq təşkilatlarla əlaqələri genişlənməkdədir.

Təqdimatdan sonra Afrika İttifaqının sədr müavini Erastus Emvença “ASAN xidmət” mərkəzinə məxsus stendi ziyarət edib. Azərbaycanın Efiopiyadakı səfiri Elman Abdullayev İttifaq rəsmisinə ölkəmizdə həyata keçirilən sosial-iqtisadi layihələr barədə məlumat verib. Afrikalı hökumət rəsmiləri ilə innovativ yeniliklərin tətbiqi və inkişafı perspektivləri müzakirə olunub.(Azərtac)

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 7
Kateqoriyalar:
Etiketlər:
Mənbə:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."