Planetimizin landşaftı hər zaman gördüyümüz kimi olmayıb. Son yüz milyon il ərzində çox dəyişiklik olub: yerin təbəqələri sürüşüb, yer dəyişib, yeni qitələr formalaşıb.
Yenicag.az xəbər verir ki, Şimali Arizona Universitetinin geoloqu Ron Bleyk son 100 milyon il ərzində planetdə baş verən dəyişikliklərin detallı xəritəsini hazırlayıb.
Professor bu xəritəni hazırlamaq üçün minlərlə elmi nəşrlər əsasında araşdırma aparıb. O, bu araşdırmaya bir neçə il sərf edib.
Qitələr çox yavaş, lakin daimi hərəkətdədir. Bu qitələrin bir-biri ilə toqquşması tamamilə yeni bir landşaftın meydana gəlməsinə səbəb olacaq.
Professor hazırladığı videogörüntüdə ancaq keçmişi deyil, həm də planetimizin gələcəyini göstərib. Bleyk bildirib ki, təxminən 10 milyon il ərzində torpağın böyük bir hissəsi Qərbi Afrikadan ayrılacaq, 2 milyon ildən sonra isə Afrika iki ayrı qitəyə bölünəcək.