Afrika İttifaqının Səhiyyə Xidməti mpox (meymun çiçəyi) virusunun yayılması ilə əlaqədar qitədə sağlamlıqla bağlı fövqəladə vəziyyət elan edib.
Yenicag.az xəbər verir ki, bu barədə Afrika Xəstəliklərə Nəzarət və Onların Qarşısının Alınması Mərkəzlərinin (ACDC) baş direktoru Jan Kasenya brifinqdə bildirib.
“Bir neçə Afrika ölkəsində davam edən mpox epidemiyasına görə, qitədə ictimai sağlamlıq sahəsində fövqəladə vəziyyət elan etmək qərarı verilib. Mpox dövlət sərhədlərini aşır, Afrikada minlərlə insan bu xəstəliyə yoluxub”, – o deyib.
Qeyd edək ki, səhiyyə sahəsində bütün Afrikada fövqəladə vəziyyət elan edilməsi qitənin səlahiyyətli orqanları və tibbi xidmətlər üçün ən yüksək xəbərdarlıq səviyyəsidir./Report/