Afrikada son 10 ildə ilk dəfə qar yağdı – FOTOLAR

Afrikada son 10 ildə ilk dəfə qar yağıb.

Yenicag.az xarici mediaya istinadla xəbər verir ki, bəzi yerlərdə 10 saat fasiləsiz qar yağıb.

Sonuncu dəfə hava hadisəsi 2012-ci ilin avqustunda müşahidə olunub. Ona görə də Yohannesburq şəhərinin bəzi sakinləri ilk dəfə qar görüblər.

Qeyd edək ki, bir neçə gün qabaq Cənubi Afrikada da qar yağıb. İlin-günün qızmar çağında isti Afrikada baş verə bu təbiət hadisəsi Antarktidadan soyuq hava kütlələrinin gəlməsi ilə əlaqədardır.

Məsimə