Afrin mühasirəyə alındı

“Zeytun budağı” əməliyyatının 53-cü günündə Afrin şəhəri mühasirəyə alınıb.

Yenicag.az türk mediasına istinadən xəbər verir ki, Türk Silahlı Qüvvələri və Azad Suriya Ordusunun 20 yanvarda başladığı hərbi əməliyyat nəticəsində Suriyanın şimal-qərbində yerləşən Afrin şəhərinin mərkəzi mühasirəyə alınıb və türk əsgərləri uğurla irəliləyir.

Qeyd edək ki, Baş Qərargahdan verilən məlumata görə, son 24 saatda 46, ümumilikdə isə 3 min 393 terrorçu zərərsizləşdirilib.

COP29