Suriyanın Afrin bölgəsinin terrorçulardan azad olunan yaşayış məntəqələrinin gəncləri YPG/PYD-nin onları döyüşməyə necə məcbur etdiklərindən danışıblar.
Yenicag.ru-nun “TRT-kurdi” kanalana istinadən verdiyi xəbərə görə, Afrin bölgəsinin terrorçulardan təmizlənən kəndlərinin sakinləri, xüsusilə kürdlər Türkiyə hərbçilərini və Azad Suriya Ordusunun (ASO) döyüşçülərini toy-bayramla qarşılayırlar.
Sakinlərin sözlərinə görə, YPG/PYD Afrini ələ keçirəndən sonra bölgədə özbaşınalıq hökm sürüb, terrorçular dinc əhaliyə divan tutub, qız-qadınları oğurlayaraq, zorlayıb və öldürüblər:
“Gəncləri məcbur edirdilər ki, silah götürərək, terrorçularla birlikdə döyüşsünlər, diversiyalar törətsinlər. Kim imtina edirdisə, onu qətlə yetirir, ailəsinə zülm edir, ana-bacılarını, arvadlarını zorlamaqla hədələyirdilər. Gəncləri öz sıralarına bu təhdidlərlə cəlb edirdilər. Onların da əksəriyyəti 15-16 yaşlı yeniyetmələrdir.
Həmin uşaqları ön xətdə yerləşdirir, özləri isə silahla arxada dayanıb, geri çəkilənləri güllələyirdilər. Ona görə də biz ilk imkan düşən kimi Türkiyə hərbçilərinə təslim olduq”.