!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Afrin tam mühasirədə: Türkiyə ordusu əmr gözləyir

!Reklam – Yazi

Türkiyə ordusu kürd terror təşkilatları PYD/YPG-nin yerləşdiyi Afrin şəhərini tam mühasirəyə alıb.

Yenicag.ru-nun Türkiyə Baş Qərargahına istinadən yaydığı məlumata görə, ordunun xüsusi təyinatlı birləşmələri və mexanikləşdirilmiş briqadaları Afrinə aparan bütün yolları nəzarətə götürüblər.

Qeyd olunur ki, Afrini dörd tərəfdən mühasirəyə alan Türkiyə ordusunun artilleriya batareyaları, motoatıcı və piyada birləşmələri terrorçuların 30 minlik ordusuna qarşı yerüstü əməliyyatlara başlamaq üçün əmr gözləyir.

Məlumata görə, Ordu Afrinə Türkiyə ərazisindən və “Fərat qalxanı” əməliyyatı nəticəsində azad edilmiş Əl-Babdan hücuma keçməyə hazırlaşır. Afrinin terrorçulardan azad edilməsi əməliyyatına cəlb edilən Türkiyə hərbi kontingentinin sayı açıqlanmır.

Baş Qərargahdan bununla bağlı yayılmış açıqlamada “Ordu hücuma hazırdır və komandanlığın əmrini gözləyir”, – deyə bildirilib.

Xatırladaq ki, Afrində iki ərəbin PYD/YPG terrorçuları tərəfindən öldürülməsindən sonra şəhərdə vəziyyət xeyli kəskinləşib. Əhali kürd terrorçuların bu azğınlığına qarşı etiraz edərək, küçələrə axışıb. Terrorçular etiraz aksiyasını dağıtmaq üçün silahdan istifadə ediblər. Nəticədə 20-yə yaxın dinc sakin yaralanıb.

www.yenicag.az

2153
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv