Afrində Atatürkün gizli qərargahı tapıldı – Fotolar

TSK-nın PKK-çılardan təmizlədiyi Afrinin Racu bölgəsində Mustafa Kamal Atatürkün I Dünya Müharibəsində istifadə etdiyi qərargah aşkarlanıb.

Yenicag.az türk mediasına istinadən xəbər verir ki, 1918-ci ildə Fələstində “7-ci Ordu”nun generalı olaraq fəaliyyət göstərən Atatürk həmin ilin oktyabr ayında əvvəlcə Hələbə, daha sonra isə Afrinə gedib. Onlar burada İsgəndərun və sahillərini, eləcə də Reyhanlı, Qırıqxan, Belen, Dər əl-Cəmal və Təl-Rıfat boyunca uzanan xətti müdafiə ediblər.

Qoşun 26 oktyabr 1918-ci ildə cənubdan Afrinə daxil olan ingilislərlə mübarizə apararaq qələbə qazanıb.

Həmin tarixi qərargahın fotolarını təqdim edirik:

COP29