Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Afrində Türkiyəyə məxsus helikopterin vurulduğunu bildirib.
Yenicag.az xəbər verir ki, prezident AKP-nin iclasında: “Silahlı Qüvvələrimiz cəsarətləri, qanları, canları ilə bu mübarizəyə davam edirlər. Az öncə helikopterimiz vuruldu. Savaşın içindəyiksə, itkilərimiz də olacaq”.
Daha sonra Ərdoğan: “Bizim bir helikopterimiz vuruldu, amma terrorçular bunun əvəzini artıqlaması ilə ödəyəcəklər. Çünki biz qərarlıyıq və inanırıq. Bunu da bacaracağıq”, sözlərini vurğulayıb.
Helikopterin vurulması nəticəsində iki türk əsgri şəhid olub.
Qeyd edək ki, yanvarın 20-də Türk Silahlı Qüvvələri və Azad Suriya Ordusu Suriyanın Afrin bölgəsində PYD, YPG və İŞİD terrorçularına qarşı əməliyyata başlayıb. Ümumilikdə, 1141 terrorçu məhv edilib.