Türkiyənin Kilis şəhəri Suriyanın Afrin bölgəsindən raket atəşinə tutulub.
Yenicag.az qardaş ölkə mətbuatına istinadən xəbər verir ki, Suriyadan atılan mərmilərdən biri məscidə düşüb.
İlkin məlumatlara görə, hadisə nəticəsində 8 nəfər yaralanıb. Onlardan ikisinin vəziyyəti daha ağır qiymətləndirilir.