Reklam

Reklam

Türk Silahlı Qüvvələri Afrinin yerli əhalisi üçün ərəb və kürd dillərində yazılmış bildiriş paylayıb.

Yenicag.az türk mediasına istinadən xəbər verir ki, bildirişlər Afrində yaşayan mülki vətəndaşlara helikopterlər vasitəsilə göydən atılıb. Bildiriş mətnində bu ifadələr yer alıb:

“Dəyərli afrinli qardaşlarımız, PKK/PYD/YPG/İŞİD terror təşkilatları illərdir sizə və bizə maddi-mənəvi zərər vurur, sizləri evinizdən, yurdunuzdan, sevdiklərinizdən məhrum edirlər. Terrorizmə “dur!” deməyin vaxtı çatıb. Terrorçuların mövqelərindən uzaq olun”

Həmçinin, Afrini tərk etmək istəyənlərin TSQ-nın zəmanəti ilə təhlükəsiz halda bölgədən çıxarılacağı bildirilib.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 1420
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."