!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Afrini təslim etmək üçün GİZLİ PLAN - İDDİA  

!Reklam – Yazi

Suriya Kürdləri Milli Komitəsi, PYD-nin Hələbin şimalında yerləşən Afrini Əsəd rejiminə təslim etmək üçün gizli danışıqlar apardığını açıqlayıb.

Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, Türk Silahlı Qüvvələrinin PYD-nin nəzarətində olan Afrini bir neçə dəfə bombalaması terror təşkilatını çaş-baş salıb. Türkiyənin Afrinə hərbi əməliyyat təşkil edəcəyi ilə bağlı xəbərlər mediada geniş əks olunub, buna görə də PYD indidən özü üçün gizlənməyə yer axtarır.

Suriya Kürdləri Milli Komitəsinin sədri İbrahim Bırro bildirib ki, Türkiyənin Afrinə hərbi əməliyyat təşkil edəcəyi təqdirdə PYD-nin bölgəni rejimə təslim etməsi ehtimalı var:

“Buna görə narahatlıq keçiririk. PYD və Əsəd rejimi arasında gizli danışıqların aparılması ilə bağlı məlumatlar var.”

İbrahim Bırro həmçinin qeyd edib ki, Qərb kəşfiyyatının məlumatlarına əsasən, PYD-nin regiondakı vəzifəsi ərəb kəndlərini və şəhərlərini ələ keçirərək, Əsəd və müttəfiqlərinə təslim etməkdir.

Məlum olduğu kimi PYD fevral ayında Hələbin şimalında yerləşən Təl Cıbbin, Təl Hardanteyn, Maarasta Əl-Han və Mayer başda olmaqla bir çox bölgəni Əsəd rejiminə təslim etmişdi.

Yenicag.az

www.yenicag.az

956
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv