“Ağ çiçəyim”də kütləvi dava – Yaralılar var
Bakıda şadlıq sarayında kütləvi dava olub.
Yenicag.az-ın məlumatına görə, hadisə paytaxtın Yasamal rayonu ərazisindəki “Ağ çiçəyim” şadlıq evində baş verib.
Şadlıq evində keçirilən toy mərasimi zamanı tərəflər arasında mübahisə yaranıb ki, bu da kütləvi davaya səbəb olub. Hadisə nəticəsində 2 nəfər – 1982-ci il təvəllüdlü Ruslan Məmmədov və 1978-ci il təvəllüdlü Mirbəhrəm Abdullkayev müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.
Məlumata görə hadisə zamanı R. Məmmədovun burnu sınıb.
Faktla bağlı Yasamal rayon Polis İdarəsində araşdırmalar aparılır./Trend/