Ağ Ev “OPEC plus”un qərarını Rusiyaya dəstək kimi dəyərləndirdi

Ağ Ev Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin nazirlərinin Vyanada keçirilən 33-cü iclasında 2022-ci ilin noyabrından gündəlik xam neft hasilatının 2 mln. barrel azadılması ilə bağlı qəbul edilmiş qərara münasibət bildirib.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, Ağ Ev sözçüsü Karine Cen-Pier sözügedən ölkələrin bu qərarını Rusiya dəstək kimi qiymətləndirib.

Pier: “OPEC plus”un Rusiya ilə eyni səfdə olduğu bəllidir”, – deyə qeyd edib.

Qeyd edək ki, Azərbaycan da sözügedən qərarı dəstəkləyib.