Ağ Ev səssizliyini pozdu: “Trampla Putin G20-də görüşüb”

“Prezident Tramp və Putin G20 sammiti çərçivəsində axşam yeməyində qeyri-rəsmi görüşüb”.

Yenicag.az xəbər verir ki, bu sözləri “Ağ Ev” sözcüsü mətbuata açıqlamasında bildirib.

“Prezident Tramp və xanımı bütün liderlərin bərabər toplandığı şam yeməyində bir araya gəlib. Bu cür mötəbər tədbirlərdə belə görüşlər olmalıdır” – deyə ABŞ-lı diplomat qeyd edib.

Məsələyə münasibət bildirən “Kreml” sözcüsü Dimitri Pskov da məlumatı təsdiqləyib:

“Rusiya prezidenti Vladimir Putin və Tramp G20 sammiti çərçivəsində qısa bir görüş həyata keçirib”.

Qeyd edək ki, bir müddət əvvəl Kerç boğazında yaranmış vəziyyətlə bağlı “Ağ Ev” liderlər arasında keçiriləcək görüşün ləğv edildiyi barədə məlimat yayıb.