Ağ Ev: Tramp ABŞ-ın OPEC-dən asılılığına son qoymaq niyyətindədir

ABŞ Donald Trampın prezidentliyi dövründə OPEC-dən enerji asılılığına son qoymaq, şelf hasilatı daxil olmaqla, yerli yataqların hasilatında inqilab yaratmaq, energetika sahəsində idarəetməni azaltmaq niyyətindədir.

Yeniçağ.Az xəbər verir ki, bu barədə Ağ Evin məlumatında bildirilir.

“Prezident Tramp ABŞ-ın OPEC-dən asılılığına son qoymaq niyyətindədir. Biz şelf yataqlarının istismarında inqilab yaradaraq, milyonlarla amerikalıya iş yerləri və firavanlıq qaytaracağıq”, məlumatda vurğulanıb. (APA)

Yeniçağ.Az