Ağ Evdə şübhəli əşya tapıldı

ABŞ-da, Ağ Evdə şübhəli əşya tapılıb.

Yenicag.az xarici KİV-lərə istinadən xəbər verir ki, şübhəli əşya binanın hasarında aşkar edilib.

Dərhal binada olanlar təxliyyə ediblər. Hazırda hüquq-mühafizə orqanının əməkdaşları tapılmış əşyanı yoxlayırlar.

Qeyd edək ki, həmin an ABŞ prezidenti Donald Tramp Ağ Evdə olmayıb. O, Arizonada səfərdədir.

Yenicag.az