!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ağ Evdən Kremlə QİSAS MESAJI: “ABŞ bu siyasəti daha əvvəl tətbiq etməli idi” - Elxan Şahinoğlu

!Reklam – Yazi

“ABŞ rəsmən bildirir ki, Rusiya Ukraynaya müdaxilə etsə, bunun cavabını alacaq”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında ABŞ-Rusiya münasibətləri və ABŞ dövlət katibi Entoni Blinkenin “Rusiya aqressiv davransa, biz qisas alacağıq” açıqlamasına münasibət bildirən politoloq Elxan Şahinoğlu səsləndirib.

Elxan Şahinoğlunun sözlərinə görə, Rusiyanı geri oturtmağın yeganə yolu onu güclə hesablaşmağa məcbur etməkdir:

“Bu, ABŞ-ın ənənəvi siyasətidir. İkinci Dünya müharibəsi bitdikdən sonra o zamankı SSRİ indiki Rusiya kimi özünü çox aqressiv aparırdı. SSRİ Şərqi Avropa ölkələrini işğal edir, orada Komminist partiyalarını hakimiyyətə gətirirdi.

O zaman ABŞ bilmirdi ki, Almaniyaya qarşı müharibədə müttəfiqi olmuş SSRİ ilə necə mübarizə aparsın. Həmin dövrdə ABŞ-ın Moskvadakı səfirliyində çalışan Kennan adlı diplomat sovet arxivlərində xeyli araşdırmalar aparır.

Bu arşadırmalar nəticəsində belə qənaətə gəlib ki, Rusiya tarix boyu yalnız güclə hesablaşıb. Rusiya qarşısındakını zəif görəndə üstünə daha çox gedir. Qarşısında güc görəndə isə ondan çəkinməyə başlayır.

Kennan bu hesabatı Vaşinqtona göndərir. ABŞ rəsmiləri bu hesabatla tanış olduqdan sonra xarici siyasətinə ciddi korrektələr edir. Bütün sahələrdə SSRİ-yə müqavimət göstərir. Bunun nəticəsində SSRİ ABŞ-la çox da qarşı-qarşıya gəlmək istəmir.

Müharibədən sonra Stalin boğazları ələ keçirmək istəyirdi, bu məqsədlə Türkiyəyə ültimatum vermişdi. ABŞ Türkiyəni NATO-ya üzv etdi və SSRİ çəkinib geri addım atdı.

ABŞ indi də eyni siyasəti davam etdirir və zənnimcə, bu, doğru strategiyadır. Yəni gücə qarşı güc, dişə qarşı diş. ABŞ rəsmən bildirir ki, Rusiya Ukraynaya müdaxilə etsə, bunun cavabını alacaq.

Əslində, bu siyasəti əvvəldən tətbiq etmələri daha doğru olardı. Rusiya Krımı asanlıqla ilhaq etdi, Donbasda separatçı bölgə yaratdı. Bundan qabaq 2008-ci ildə ABŞ-ın Cənubi Qafqazda müttəfiqi olan Gürcüstanı parçaladı.

Rusiya o vaxt yaranana boşluqlardan istifadə etdi. İndi isə ABŞ rəqibinə o cür boşluqlar vermək istəmir. Ona görə də, Blinken və Bayden Kremlə yönəlik sərt bəyanatlar səsləndirir.

Rusiya da öz növbəsində əzələ nümayiş etdirmək istədi və Ukrayna sərhədinə 100 minlik qoşun yeritdi. Hər kəs müharibə gözləyirdi. ABŞ dərhal Qara dənizə öz hərbi gəmilərini göndərdi və sərt açıqlamalar verdi. Rusiya bu gücün qarşısında geri çəkilməli oldu, qoşunlarını geri çəkdi, hərbi təlimlərə son qoydu. İndi ABŞ eyni strategiyadan çıxış edir”.

Səxavət Məmməd

www.yenicag.az

518
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv