Ağ Evin mətbuat katibi Şon Spayser istefa verib.
Bu barədə “The New York Times” qəzeti məlumatlı mənbəyə istinadən xəbər verib.
Məlumata görə, istefaya səbəb Donald Trampın maliyyəçi Entoni Skamaruççini Ağ Evin kommunikasiya üzrə direktoru vəzifəsinə təyin etməsi olub. Qəzetin yazdığına görə, D.Tramp Spayseri vəzifəsində qalmağını xahiş edib, lakin o,Skaramuççinin təyinatını böyük səhv adlandırıb.
Yenicag.az