Ağ Evin qarşısında atışma olub

ag ev atismaABŞ-da Ağ Evin qarşısında atışma olub.

AzVision.az TASS agentliyinə istinadən xəbər verir ki, prezident iqamətgahına yaxınlaşan silahlı şəxsi Ağ Evin mühafizəçiləri güllələyib.

Məlumata əsasən, adı açıqlanmayan şəxs buraxılış postuna yaxınlaşaraq silah çıxarıb. Buna cavab olaraq mühafizə xidmətinin əməkdaşı atəş açaraq onu qarnından yaralayıb.