Ağ Evin yaxınlığında özünə atəş açdı – ABŞ-da şok hadisə

ABŞ-da naməlum şəxs Ağ Evin yaxınlığında özünə atəş açıb.

Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Birləşmiş Ştatların Məxfi Xidməti məlumat yayıb.

“Məxfi Xidmətin əməkdaşları Ağ Evin şimal hasarının yaxınlığında bir nəfərin özünü tapançayla yaralaması hasdisəsini araşdırır”, – deyə xəbərdə bildirilir.

Kişi olduğu açıqlanan həmin şəxsə tibbi yardım göstərilib. Hadisə nəticəsində başqa zərərçəkən olmayıb. İnsidentlə bağlı prezident Donald Trampa da məlumat verilib.

COP29