Baş redaktorumuz Türkiyənin nüfuzlu media qurumlarına açıqlama verdi
Soma faciəsi səbəbilə Azərbaycan qəzetlərinin ağ-qara çap olunması xəbəri Türkiyə mediasının gündəm xəbəri oldu. YENİCAG.AZ xəbər verir ki, Türkiyənin nüfuzlu “Yeni Şəfəq”, “Sabah” qəzetləri, “Haber 7”, “İnternethaber” kimi tanınmış xəbər portalları bu xəbəri “Azərbaycan mətbuatı Soma üçün yas saxladı” kimi verdilər.
Verilən xəbərdə Mətbuat Şurasının sədri Əflatun Amaşov, “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu və “Yeni Çağ” qəzetinin baş redaktoru Aqil Ələsgərin mövzu ilə bağlı fikirlərinə yer verildi.
Rauf Arifoğlunun “Türkiyənin acısı bizim acımızdır” sözlərinə yer verən Türk mediası Əflatun Amaşovun “Bu hadisə hamımızı sarsıtmışdır” dediyini bildirdi.
Aqil Ələsgərin isə “Türkiyədə yaşananları həssasslıqla izləyirik. Sağ qalanların qurtulması üçün dua edirik” açıqlamasına yer verildi.
Açıqlamaların yayınlandığı sayt linkləri:
http://www.haber7.com/kafkaslar/haber/1158391-azerbaycandan-cok-anlamli-hareket
http://yenisafak.com.tr/gundem-haber/azeri-basini-siyah-beyaz-15.05.2014-647611
http://www.sabah.com.tr/Dunya/2014/05/16/azerbaycandan-soma-icin-anlamli-hareket
http://www.internethaber.com/azeri-basini-4-gun-siyah-beyaz-673024h.htm
http://www.paraleltaarruz.com/azerbaycandan-cok-anlamli-hareket
http://www.bripay.com/azeri-basini-4-gun-siyah-beyaz/
http://nefius.com/news/story/3881732