!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Ağ qızıl” “qara qızıl”ı əvəz edə biləcəkmi? – Qubad Ibadoğlu yazır

!Reklam – Yazi

81_1461878100Pambıqçılığın inkişafı torpaq sahələri üzərində sahiblik və sərəncam hüququnu məhdudlaşdırıla bilər.

Azərbaycan aqrar bölməsini yenidən pambıqçılıq üzərində ixtisaslaşadırmağı planlaşdırır. Bu qənaəti dövlət başçısı ilk dəfə bu ilin yanvarın 26-da keçirilmiş “Regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunan konfransda bölüşüb və pambıqçılığın inkişaf etdirilməsi istiqamətində tapşırıqlar verib. Sentyabrın 17-də ölkə prezidenti Sabirabadda pambıqçılığın inkişafı məsələlərinə həsr olunmuş respublika müşavirəsində gələn il ölkədə 200 min tondan çox pambıq istehsal olunacagını bəyan edib. O, eyni zamanda qeyd edib ki, 2017-ci ildə əgər bütün tapşırıqlar yerinə yetirilərsə biz 250 min, hətta 300 min ton pambıq istehsal edə bilərik.
Ötən il pambıq əkin sahəsi isə son 10 ildə 5 dəfə azalaraq 18 min 700 hektara enib. Bu il 52 min hektarda pambıq əkilib. Gələn il hədəf 128 min hektardır. Dinamika üçün qeyd edim ki, 1970-ci ildə 190 min hektar sahədə pambıq əkilib.
Azərbaycanda yaxın gələcəkdə pambıq əkin sahələri kəskin artırılsa da o Özbəkistanla müqayisəyə belə gəlmir. Belə ki, Özbəkistan 2016-17-ci təsərrüfat ilində kənd təsərrüfatlı təyinatlı torpaqların 36-37 faizində və ya 1 milyon 255 min hektarında pambıq əkilməsini planlaşdırır. Bu isə Azərbaycanın ən çox pambıq əkdiyi 1982-ci ildəki 305 min hektar göstəricisindən 4,5 dəfə çoxdur. Eyni zamanda məlumat üçün onu da qeyd edim ki, Özbəkistanın ərazisi 447 min 400 kvadrat kilometrdir ki, bu da Azərbaycan inzibati ərazisindən 5 dəfəyədək çoxdur. Hazırda Özbəkistan əhalisinin 60 faizindən çoxu kənddə yaşayır, iş qüvvəsinin 44 faizi kənd təsərrüfatı bölməsində məşğuldur. Özbəkistan son illər ərzində dünya bazarına 1 milyon ton pambıq çıxararaq ildə orta hesabla 1 milyard dollar qazanıb. Hazırda ixracat gəlirlərinə görə, Özbəkistan dünyada 11-ci yerdə tutur. İlk onluğa ardıcıl olaraq Çin, Hindistan, ABŞ, Pakistan, Vyetnam, Türkiyə, İtaliya, Braziliya və Almaniya daxildir. Qiymətləndirmələr göstərir ki, Azərbaycan bu sirada yaxın illərdə ilk 25-liyə belə düşə bilməyəcək. Belə ki, ilk 25-də ildə orta hesabla 500 min ton pambıq istehsal edən ölkələr yer alır. Azərbaycanın isə hədəfi 300 min tondur. İstehsalın 500 min tona qaldırılması ilk beş illikdə mümkün görsənmir. Çünki, ölkədə əkinə yararlı torpaqların çox hissəsi pay torpaqları və bələdiyyələrin uzunmüddətli icarəyə verdiyi və satdığı torpaqlardan ibarətdir ki, onun da üzərində sərəncam vermək hüququ əsasən xüsusi mülkiyyətçilərə məxsusdur. Şübhəsiz ki, pambıq əkin sahələrinin bərpası və genişləndirilməsi özəl sahibkarlıq və təsərrüfatçılıq hüquqlarının pozulması hallarını artıracaq.
26 sentyabrda keçiriləcək Referendum vasitəsilə Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə edilən dəyişiklər bu istiqamətdə yeni hüquqi əsaslar yaratmaqla yanaşı yeni problemlər də formalaşdırılacaq. Belə ki, həmin maddəyə edilən əlavələrə görə, xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur, sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər. Əgər, Referendum vasitəsilə Azərbaycan Respublikasının Konstitusiyasında yuxarıdakı dəyişikliklər reallaşarsa, aqraq regionlarda yaşayan kənd əhalisi və fermerlərin əkin sahələrinin təyinatı dəyişdirilə və hətta onların malik olduqları torpaq sahələri sahiblik və sərəncam hüququ məhdudlaşdırıla bilər.
Pambıqçılıq həqiqətən də əmək tutumlu sahədir. Bu sahədə istehsal zənciri həmçinin yeni iş yerlərinin yaradılmasına gətirib çıxarır. Lakin burda çox vacib məsələrdən biri
əməyin dəyərinin layiqli ödənilməsi üçün qazanılan gəlirlərin ədalətli paylanmasıdır. 2015-cı illə müqayisədə pambıq istehsalı və emalı müəssisələri satınalma qiymətini (1-ci növ pambığın bir tonunun 500 manata (2015-ci ildə 410 manat), 2-ci növün bir tonunun 470 manata (2015-ci ildə 390 manat), 3-cü növün bir tonunun 440 manata (2015-ci ildə 370 manat), 4-cü növün bir tonunun isə 400 manata (2015-ci ildə 350 manat)) artırılsa da hazırda manatın devalvasiyası və mövcud inflyasıya şəraitində bu yetərli deyil. Məlumat üçün qeyd edim ki, hazırda 1 ton pambığın dünya bazaq qiyməti 1700 dollar və ya hazırkı məzənnə ilə 2800 manat təşkil edir. Bu isə o deməkdir ki, 1-ci növ pambıq yetişdirən fermerlərə satışdan əldə edilən gəlirlərin 17 faizi çatacaq ki, onun da çox hissəsini fermerin xərclərindən ibarətdir. Bu halda fermerlərin ciddi qazanc əldə edə bilməyəcəklər.
Pambıq istehsalı su təminatı sahəsində siyasətə də yenidən baxılmasını tələb edir. Odur ki, istehsalçıların xərclərini azaltmaq üçün suyun qiymətlərinə də yenidən baxılmalı və o ucuzlaşdırılmaldır.
Bu sahədə mövcud olan problemlərdən biri də ölkədə pambıqtəmizləmə zavodlarının çoxunun fəaliyyətini dayandırmasıdır.
Nəhayət, bu sahədə həlli vacib məsələlərdən biri də aqraq subsiyaların məbləğinin artırılması və onun ünvanına mənimsənilmədən çatdırılmasıdır.

www.yenicag.az

1150
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv