!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ağac budaması zamanı tətbiq olunan effektiv məlhəm hazırlandı - İlk dəfə

!Reklam – Yazi

Son zamanlar qlobal istiləşmə ilə əlaqədar ağacların budama yerlərində çürümə prosesinə bağlı xəstəliklərə daha çox rast gəlinir. İsti havalarda ərimə temperaturu yüksək olduğu üçün budama zamanı istifadə olunan qoruyucu laydan ibarət məlhəmlərin effektivliyi azalır. Yüngül zədələrdən fərqli olaraq, dərin və irimiqyaslı zədələr zamanı əlavə qoruyucu vasitələrdən istifadə olunmasına ehtiyac yaranır.

Yüksək Texnologiyalar Parkının mətbuat katibi Nərgiz Qəhrəmanova Yenicag.az-a verdiyi məlumatda bildirib ki, bununla əlaqədar olaraq Təcrübə-Sənaye Zavodunda “Bağ məlhəmi” adlı məhsulun kütləvi istehsalına başlanılıb.

“Bu preparat meyvə ağaclarında budamadan sonra yaranan yaralarda göbələk, bakteriya, virus mənşəli xəstəliklər, həmçinin zərərvericilərin məskunlaşmasının qarşısının alınması məqsədilə istehsal olunub.

“Bağ məlhəmi”nin Azərbaycanın müxtəlif bölgələrində üzümlüklərdə, meyvə bağlarında ağac budamasından sonra onun zədələnmiş hissələrdəki kəsiklərin üzərində tətbiq olunması ağacların sağlam qalması və vaxtından əvvəl qurumaması baxımından böyük səmərə verəcək”.

www.yenicag.az

492
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv