!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ağacan Abıyevin yerinə Siyavuş Novruzov təyin edilib? - Rəsmi açıqlama  

!Reklam – Yazi

“Milli Məclisin İntizam Komissiyasının sədri dəyişməyib. Bununla bağlı yazılanlar yanlış məlumatlardır”.

Yenicag.az xəbər verir ki, bunu açıqlamasında parlamentin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu deyib.

O bildirib ki, hər hansı komissiyanın sədrinin dəyişdirilməsi səsvermə yolu ilə olur: “Bunun üçün də iclas keçirilməlidir. Belə bir şey olmayıb. Ümumiyyətlə, Siyavuş Novruzov İntizam Komissiyasının üzvü deyil”.

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov da “Report”a açıqlamasında məlumatı təkzib edib: “İntizam Komissiyasının sədri seçilməmişəm”.

Qeyd edək ki, bəzi saytlarda Milli Məclisin İntizam Komissiyasının sədrinin dəyişdiyi, deputat Ağacan Abıyevin yerinə Siyavuş Novruzovun seçildiyi qeyd olunub.

www.yenicag.az

3002
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv