Ağdam rayonunun Alıbəyli qəsəbəsində 25 yaşlı qız qoz ağacından yıxılıb.
Yenicag.az APA-ya istinadən xəbər verir ki, 1990-cı il təvəllüdlü, Əfsanə Qənbərova Ağdam Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Xəstəxanadan verilən məlumata görə, həkimlər ona bel nayihısinin L1 fəqərəsinin sınığı diaqnozu qoyulub.
Qızın vəziyyəti ağır olduğundan Bakı xəstəxanalarından birinə göndərilib.