Ağacları kəsən şirkət cəzalandırıldı

Xətai rayonu, Zığ şossesinin kənarındakı zeytunluq adlanan ərazidə ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb.

Xidmət rəsmisi Vaqif Cavadov Yenicag.az-a bildirib ki, sözügedən ünvana keçirilən baxış zamanı “Grand Aqro” MMC-yə məxsus zeytunluq ərazidəki ağacların qanunsuz kəsildiyi və sərt budandığı müəyyən edilib.

Faktla bağlı “Grand Aqro” MMC barəsində akt, protokol tərtib edilib və qanunamüvafiq tədbir görülüb.