Ağadadaş Ağayev və gözətçiyə ittiham verildi

Xalq artisti Ağadadaş Ağayev və gözətçinin xuliqanlıq hərkətləri ilə bağlı başlanan cinayət işi üzrə polis idarəsində istintaq davam edir.

Yenicag.az Report-a istinadla xəbər verir ki, Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə (xuliqanlıq) cinayət işinin istintaqı çərçivəsində xəsarətlərin dərəcəsinin təyin edilməsi üçün müvafiq ekspertizalar təyin edilib.

Hər iki şəxs təqsirləndirilən şəxs qismində cinayət məsuliyyətinə cəlb olunaraq onlara ittiham verilib.

COP29